Novruz bayramından sonra dərslər başladıqdan sonra 3 gün ərzində – martın 29, 30 və 31-də 61 məktəb distant tədrisə keçib. Onların 24-ü Bakının payına düşürdü.
QİA.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.
E.Əmrullayev qeyd edib ki, gündəlik yoluxmaların 4,6 faizi müəllimlərin payına düşüb. Bu yoluxmalar yalnız məktəblərdə olmayıb.
Nazirin sözlərinə görə, fevralın sonlarından başlayaraq, COVİD-19-a yoluxma sayının artması müşahidə edilirdi: “Novruz bayramından sonra da məktəblər şagirdlərin üzünə açıq idi. Lakin yoluxma sayı hər gün demək olar ki, 2500-dir. Bu şəraitdə təbii ki, müəyyən qərarlar verilməli idi”.