44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar – Erməni general hakimiyyəti günahlandırdı

44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar.

QİA.AZ-ın məlumatına görə, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan bildirib.

M.Akopyan Ermənistana məxsus PUA-ların vurulduğu və “SU 30”-un yararsız olması barədə əvvəlki açıqlamasına cavab olaraq dedi:

“44 gün yalan danışdıqları üçün bu gün yalan danışırlar. Elədirsə, ilk sual niyə uçmadılar? Bu 62 PUA vurulubsa, bunu necə hesabladılar və hava məkanı necə qorunmadı? Onları dəqiq kim vurdu və bu PUA-lar haradadır?”

M.Akopyan qeyd edib ki, baş nazir Nikol Paşinyan Rusiyaya gündə bir neçə dəfə zəng edirdi, lakin oktyabrın 30-a qədər komək istəmədi: “Daha çox təfərrüatlar lazımdırsa, Baş nazirin niyə kömək istəmədiyi barədə dediklərini deyə bilərəm, amma deməyəcəm”.

Oxşar Xəbərlər