44 günlük Vətən müharibəsinin xronikası: 13 oktyabr

Okt13,2021

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

– Ermənistən silahlı qüvvələri GoranboyTərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ağcəbədi rayonunun ərazisi atəşə tutulub.

– Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

– Ermənilər Ağdamın kəndlərini artilleriya və raketdən atəşə tutub.

– 2020-ci il sentyabrın 27-dən oktyabrın 13-ə qədər Ermənistan silahlı qüvvəllərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 dinc sakin ölüb.

– Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin videogörüntülərini yayıb.

Oxşar Xəbərlər