44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

QİA.AZ Vətən müharibəsinin xronikasını təqdim edir.

– Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

– Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.

– Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.

– Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb. Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir.

– Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin videogörüntüləri yayılıb. Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutub.

– Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.

Oxşar Xəbərlər