5 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim edib

Fev11,2021

Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıblar.

“QİA.AZ”-ın məlumatına görə, dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq maliyyə hesabatını MSK-ya təqdim edib.

Sözügedən partiyalalar Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

Oxşar Xəbərlər