Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinalda uduzub

Avq19,2021

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında yarımfinal görüşünə çıxıb.

QİA.AZ“ın məlumatına görə, 62 kq çəki dərəcəsində 1/4 finalda qırğızıstanlı Dilnaz Sazanovaya 9:7 hesabı ilə qalib gələn idmançı finala gedən yolda Hindistan təmsilçisi Devil Sancu ilə qarşılaşıb.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan Soltanova finala çıxa bilməyib. O, bürünc medal uğrunda güləşəcək.

Oxşar Xəbərlər