Dek29,2023

Bakı şəhərinin Xətai rayonu, İlqar Abbasov küçəsində pişiyin köməksiz vəziyyətdə qalıb.

QİA.az Oxu.Az-a istinadla xəbər verir ki, sakinlər yaşayış evinin hasarı üzərində qalan pişiyi düşürməyə çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.

Daxil olmuş məlumatla bağlı Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və hündürlükdə qalan pişiyi xilas ediblər.

Oxşar Xəbərlər