Bakıda yaşayış kompleksinin mühafizəçisini döyə-döyə öldürdülər – Hadisə yerindən GÖRÜNTÜLƏR

2020-ci il oktyabrın 11-də Hövsan yaşayış kompleksinin mühafizəçisi Rüstəm Bayramovun meyiti tapılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu yollanıb. Hadisə yerinə baxış keçirilərkən mərhumun baş nahiyəsində və bədən səthində xəsarət izləri aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, ağır cinayət iki il bağlı qalıb. Suraxanı Rayon Prokurorluğunda cinayət işinin icraatı dayandırılıb.

Hadisədən iki il sonra, 2022-ci il iyulunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, məlum cinayətin üstünün açıldığını bildiriblər. Qətli törətməkdə şübhəli bilinən üç nəfərin – Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimov barəsində isə həbs qətimkan tədbiri seçilib.

Oxşar Xəbərlər