Azərbaycanın tələbə futzal komandası Avropa Universitet oyunlarında iştirak edir

Macarıstanın Debretsen şəhərində tələbələr arasında futzal üzrə V Avropa Universitet oyunları keçirilir.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi ilk dəfə təşkil olunan Tələbə Liqasının qalibi olmuş İdman Akademiyasının komandası təmsil edir.

Turnirə hazırlıq məqsədilə iyunun 3-dən 5-dək Bakıda təlim-məşq toplanışı keçirilib.

Qeyd edək ki, komanda iyulun 7-də Macarıstana yola düşüb.

Oxşar Xəbərlər