Ridli Skott əfsanəni dirçəldir: “Gladiator 2″nin treyleri interneti fəth etdi

2000-ci illərin kult filmlərindən sayılan “Gladiator” filminin ikinci hissəsinin rəsmi treyleri yayılıb.

QİA.az xəbər verir ki, ikinci hissədəki hadisələr ilk filmdə Rassel Krounun canlandırdığı “Maksimus” obrazı ilə bağlı olaylardan 20 il sonra cərəyan edir.

Yeni filmdə imperator Mark Avrelinin nəvəsi Lutsius Roma ordusunun Numidiyaya hücumundan sonra əsir düşür və Romaya qladiator kimi qayıdır.

Filmdə baş rolu Pol Meskal ifa edir, həmçinin Pedro Paskal, Denzel Vaşinqton, Cozef Kuinn və Fred Hekincer də rol alıblar.

Oxşar Xəbərlər