Avropa çempionatı: Azərbaycanın oğlanlardan ibarət yığması ilk qələbəsini qazanıb

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət yığması Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, milli komanda qrupdakı ikinci matçında Moldova seçməsini sınağa çəkib. Oyuna sürətli başlayan yığmamız rəqibi üzərində 78:55 hesablı qələbə qazanıb.

Oyunun ən məhsuldar basketbolçusu Azərbaycan millisinin üzvü İsmayıl Abdullayev (24 xal, 9 ribaund) olub.

Qeyd edək ki, komandamız qrupdakı sonuncu görüşünü iyulun 11-də Malta yığmasına qarşı keçirəcək. Millimiz ilk matçda Albaniya seçməsinə uduzub.

Oxşar Xəbərlər