Bu il noyabrın 1-nə Naxçıvan MR-da 91 075 bank hesabı olub.
“QİA.AZ” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-nə nisbətən 7 184 vahid və yaxud 8,6 % çoxdur.
Hesabların 79 458-i və yaxud 87,2 %-i aktiv hesablardır.
Təkcə bu ilin yanvar-oktyabr aylarında isə muxtar respublikada 31 462 bank hesabı açılıb ki, bu da illik müqayisədə 7 300 vahid və yaxud 30,2 % çoxdur. Yeni hesabların 31 453-ü aktiv hesablardır.
Noyabrın əvvəlinə Naxçıvanda quraşdırılmış POS-terminalların sayı isə 1 397 olub ki, bu da 1 il əvvələ nisbətən 119 ədəd və yaxud 9,3 % çoxdur.