Amerika Kubokunun final görüşündə Argentina Kolumbiyanı sınağa çəkəcək.
QİA.az xəbər verir ki, Lionel Messi fanatlarının böyük maraqla gözlədiyi görüş iyul ayının 15-də keçiriləcək.
Komandaların indiyədək yarımfinal və final görüşlərindəki çıxışlarına nəzər yetirsək, Argentina seçməsinin oyuna favorit statusunda çıxacağını deyə bilərik.
Belə ki, mövcud turnir formatı 1993-cü ildə yaradılandan bəri Argentina millisi Amerika Kubokunun yarımfinalında səkkiz dəfə (1993, 2004, 2007, 2015, 2016, 2021, 2024) iştirak edib və Kanada ilə görüşdə qalib gələrək yeddinci dəfə finala vəsiqə əldə edib. Argentina seçməsi indiyə qədər altı finaldan ikisində qalib gəlib gələrək Amerika Kubokunu muzeyinə yerləşdirib – 1993 və 2021.
Kolumbiya seçməsi isə hazırda Amerika Kubokunda uğurlu çıxışı ilə bütün diqqətləri üzərinə çəkib.
Maraqlıdır ki, Kolumbiya 1990-cı illərdən bəri 27 oyunluq ən yaxşı tarixi məğlubiyyətsizlik seriyasını geridə qoyub. Onlar artıq ardıcıl 28 görüşdür ki, məğlub olmurlar.
Kolumbiya 1975-ci ildə uduzduqdan və 2001-ci ildə qalib gəldikdən sonra tarixində üçüncü dəfə Amerika Kubokunun finalına vəsiqə qazanıb. Kolumbiya Argentinanın 1993-cü ildə altı qol vurmasından sonra Amerika Kubokunun bir tsiklində beşdən çox baş zərbəsi ilə qol vuran ilk komandadır.
Rəqiblər indiyədək ümumilikdə 34 dəfə üz-üzə gəliblər. Bunlardan 18-də Argentina, yeddisində isə Kolumbiya seçməsi qalib gəlib. Komandalar üç dəfə penaltilər seriyasında qarşılaşıblar və hər üç seriya Argentina seçməsinin qələbəsi ilə başa çatıb.
Argentina millisi builki Amerika Kubokunun 1/4 final mərhələsində Ekvadoru, yarımfinalda isə Kanadanı məğlub edərək finala yüksəlib. Kolumbiya isə ¼ finalda Panamanı, yarımfinalda isə Uruqvayı yolundan kənarlaşdırıb.
Xatırladaq ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də Bakı vaxtı ilə gecə saat 04:00-da start götürəcək.
Qeyd edək ki, üçüncülük uğrunda mübarizədə isə Kanada ilə Uruqvay seçmələri qarşılaşacaqlar. Həmin görüş iyul ayının 14-də keçiriləcək.