Nigerdə ağır cinayətlərdə ittiham olunan məhbuslar həbsxanadan qaçıb

Nigerin Tilliberi regionunda, paytaxt Niameydən 50 kilometr məsafədə yerləşən ciddi rejimli həbsxanadan ağır cinayətlərdə ittiham olunan bir neçə məhbus qaçıb.

QİA.az xəbər verir ki, ActuNiger portalı bu barədə Nigerin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, hadisənin baş verdiyi penitensiar müəssisə ölkədə yüksək təhlükəsizlik səviyyəsinə malik yeganə həbsxanadır.

Qiyam qaldıraraq qaçan məhbusların sayı dəqiq bilinmir. Artıq onların axtarışı üçün təhlükəsizlik qüvvələri səfərbər edilib. Hakimiyyət orqanları tayfa başçılarından, dini liderlərdən və yerli əhalidən axtarışlara dəstək vermələrini xahiş edib. Bölgədə komendant saatı elan olunub.

Portalın məlumatına görə, həmin həbsxanada “Boko Haram” və İŞİD qruplaşmalarının üzvləri, həmçinin 2023-cü il iyulun 26-da baş verən çevrilişdən sonra həbs olunan məmurlar, o cümlədən ölkənin sabiq prezidenti Məhəmməd Bazuma yaxın şəxslər cəza çəkirlər.

Oxşar Xəbərlər