Tələbələrə nəqliyyatda güzəştlər edilə bilər – RƏSMİ AÇIQLAMA

Vahid tələbə kartının yaradılması zərurətdir.

QİA.az xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, xarici ölkələrdə tələbələ güzəşt təcrübəsi mövcuddur.

“Yerüstü, yeraltı nəqliyyatın məsul şəxsləri ilə vahid tələbə kartı vasitəsilə güzəştlərin edilməsi ilə bağlı danışıqlar aparılacaq”.

Oxşar Xəbərlər