“Superjet 100” ekipajla birgə Kolomna yaxınlığında qəzaya uğrayıb

“Superjet 100” təyyarəsi Moskva vilayətinin Kolomensk rayonunda qəzaya uğrayıb. O, Luxovitsı yaxınlığındakı aviazavoddan Vnukovoya uçurmuş.

QİA.az Rusiya mediasına istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan üç nəfərdən ibarət ekipaj üzvlərinin hamısı həlak olub.

Təyyarə yerə düşməzdən əvvəl bir saatdan çox havada olub.

Fövqəladə hadisə planlı təmirdən sonra həyata keçirilən sınaq uçuşu zamanı baş verib.

Əməliyyat xidmətindən verilən məlumata görə, təyyarə “Qazprom”a məxsusdur. Onun istehsal ili 2014-cü ilə aiddir.

Qəzanın istintaqı ilə Dövlət Aviasiya Komitəsi (DAK) məşğul olacaq.

Əməliyyat xidməti həlak olanların “Qrajdanskiye samolyotı Suxoqo” (“Mülki quru təyyarələri”) şirkətinin pilotları olduğunu açıqlayıb. Təyyarə Jukovski hava limanından havaya qalxıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fəlakətin başqa qurbanları yoxdur.

Oxşar Xəbərlər