“Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır”.
“QİA.AZ”ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu bəla vəkillərdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib:
“Hazırda koronavirusa yoluxan onlarla həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar”.