Seçkilərə start verildikdən sonra atılan ən mühüm addımlardan biri ekspert qruplarının formalaşdırılması oldu.
QİA.az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu qruplar hər bir dairə seçki komissiyasında mövcuddur:
“Həmin ekspert qrupu üzvlərinə hüquqi biliklərin aşılanmasına çalışırıq. Bugünkü tədbir buna həsr olunub. Ekspert qrupu üzvləri üçün MSK xüsusi yaddaş kitabçası hazırlayıb”.