1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb.
QİA.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, həmin şəxs əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunub.
Onun üzərindən və avtomobilindən üç kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan iki ədəd tərəzi aşkarlanıb. T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.