Şuşa şəhərində “Qarabağ tarixi fotolarda” adlı sərgi işə başlayıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə 1880-1970-ci illərdə Qarabağda azərbaycanlı fotoqraflarla yanaşı, ölkəmizdə yaşamış rus, yəhudi əsilli fotoqraflar tərəfindən çəkilmiş və bu zamana qədər heç yerdə nümayiş olunmamış nadir şəkillər yer alır.
Fotolar fondda şüşə neqativlərdə saxlanılmış, bərpa və konservasiya edilmiş və rəqəmsallaşdırılmışdır.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən Xanlıq Muxtar Karvansarasında (“Güllü bağça” ilə üzbəüz) təşkil edilən sərgi avqustun 12-dək davam edəcək.
Qeyd edək ki, fotolar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin fonduna məxsusdur.