Azərbaycanda oynamış voleybolçu ABŞ klubuna keçib

Ötən mövsüm “Xarı Bülbül Şuşa” komandasında çıxış etmiş amerikalı voleybolçu Dieqo Villafanenin yeni klubu məlum olub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ölkəsinin “Karibes de San Sebastian” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Dieqo Villafane ötən ilin yayında Şuşa təmsilçisinə transfer olmuşdu.

Oxşar Xəbərlər