R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü kilometrində (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, iyulun 17-si saat 12:30-dan 14:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, həmin hissədə yol bağlanmayacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.