Azərbaycan Cüdo Federasiyası 2024-2028-ci illər üçün strategiyasını təqdim edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, qarşıda duran ən əsas məqsəd Azərbaycanı cüdo üzrə dünyanın qabaqcıl ölkələrindən birinə çevirməkdir.
İcraçı vitse-prezident 4 illik inkişaf planında 3 strateji istiqamət və dəstəkləyici amilləri açıqlayıb.
Strateji istiqamətlər kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasıdır.
Dəstəkləyici amillər isə məşqçilərin inkişafı, idman mütəxəssislərinin hazırlanması, meqatədbirlərin təşkili, infrastruktur, özəl sektorun iştirakı və maliyyələşdirmə, klublar və federasiyaların imkanları, tənzimləmə, idarəetmə, dəstək, müxtəliflik və inklüzivlik, rəqəmsallaşma, kommunikasiya və iştirakdır.