Azərbaycan stolüstü tennisçiləri Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər

Azərbaycan stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Azərbaycan kollektivi gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Oxşar Xəbərlər