Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gəliblər.
QİA.az xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” kollektivini qəbul edib.
Matç 0:1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. İlk görüşdə “Linkoln” səfərdə minimal üstünlüklə (0:1) qələbə qazandığından ümumi hesab bərabərləşib. Qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb.
Burada daha dəqiq oynayan “Linkoln” (5:4) kollektivi II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
09:50
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın potenisal rəqibləri olan Cəbəllütariqin “Linkoln” komandası Malta “Hamrun”u ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü fransalı hakimlər briqadası idarə edəcək, baş hakim Erik Utallierdir.
İlk oyunda “Linkoln” səfərdə “Hamrun”a minimal hesabla qalib gəlmişdi.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.