Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan QİA.az-a bildirilib ki, sərgidə Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi əksini tapıb.
Virtual sərgi ilə buradan tanış olmaq mümkündür.