Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

Yakutiyada yaz daşqınları nəticəsində zərər çəkənlərin sayı təxminən 4,8 min nəfər təşkil edir.

QİA.az  TASS agentliyinə istinadla xəbər verir ki, bunu regionun rəhbəri Aysen Nikolaev “Rossiya-24” telekanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq 229 milyon rubldan çox maddi və maliyyə yardımı kompensasiya məqsədilə vətəndaşların hesablarına köçürülüb. Ümumilikdə birdəfəlik maddi və maliyyə yardımı almaq üçün 9 mindən çox ərizə daxil olub.

Yaz daşqınları bölgə üçün əsas problemlərdən biri sayılır. Mayın 20-dən etibarən Yakutiyada fövqəladə vəziyyət rejimi elan edilib. Zərərin ilkin məbləği 2,9 milyard rubl təşkil edir.

Oxşar Xəbərlər