Məşhur rusiyalı aktyor Pavel Priluçnının bank hesabları vergi orqanları tərəfindən bloklanıb.
Bu barədə QİA.az “SHOT” “Telegram” kanalına istinadən bildirir.
Məlumata görə, aktyor Federal Vergi Xidmətinə bəyannamə təqdim etməyib. Pavel Priluçnı iyulun 3-dək yaradıcılıq fəaliyyəti ilə bağlı maliyyə hesabatını verməli idi, amma etməyib, bəlkə də sadəcə unudub.
Lakin buna görə indi üç bankda özünün fərdi sahibkarlıqla əlaqəli hesablarından istifadə edə bilməz. İndi “Major” filminin ulduzu vergi orqanları ilə bu məsələləri həll etməli olacaq.
Hazırda Priluçnının həmçinin keçmiş həyat yoldaşı Aqata Museniese ilə çətin məhkəmə prosesləri gedir. O, oğlu və qızı üçün alimentin məbləği ilə bağlı apellyasiya şikayəti verməyə çalışır. Uşaqların kiminlə yaşayacağı ilə bağlı da mübarizə gedir.