Muzeyin yeni ekspozisiyasında qadın təsvirini əks etdirən antropomorf qab təqdim edilir – FOTO

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında saxlanılan materiallar arasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qədim tarixini əks etdirən xeyli sayda eksponat mövcuddur. Bu nümunələr arasında muzeyin Arxeologiya fondunda mühafizə edilən, yapma elementlərlə bəzədilmiş, qorelyef formasında hazırlanmış, qadın təsvirini əks etdirən antropomorf qab yer alır.

QİA.az xəbər verir ki, bu barədə Muzeydən AZƏRTAC-a bildirilib ki, qabın qulpları qadının qolları, ağız hissəsi isə qadının başı formasındadır. Bu qabın burnu çıxıntılı, gözləri batıq, ağzı kəsik formasında təsvir olunub. Qulaq tərəfi sırğanı təsvir edən dairəvi yapmalarla bəzədilib. Qabın başının ətrafı isə saç düzümünü əks etdirən lentvari yapmalarla əhatələnib. Qadının boynu və sinəsi boyunbağını bildirən yapma lentlərlə əhatə olunub. Şamaxı rayonu ərazisində tapılmış bu eksponat eramızdan əvvəl III-I əsrlərə aid edilir.

Oxşar Xəbərlər