Azərbaycan karateçisi Fərid Savadov Macarıstanın Mişkolts şəhərində keçirilən Avropa Universitet Oyunlarında qızıl medal qazanıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qitə miqyaslı yarışın finalında macarıstanlı Andras Laslonu məğlub edib.
Heyəti Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan ibarət komanda isə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət kollektiv Azərbaycanın aktivinə bürünc medallar yazdırıb.