Bu il Monqolustanda su ilə bağlı qəzalarda 65 nəfər həyatını itirib.
QİA.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, ölənlərdən 13-ü uşaqdır.
Ölüm hallarının baş verməsinə əsas səbəblər sırasına spirtli içkinin təsiri altında insanların çimməsi, nəqliyyat vasitələri ilə çaylardan keçilməyə cəhd göstərilməsi və uşaqların nəzarətsiz qalmasıdır.
Məlumatda qeyd olunub ki, son on ildə azı 1044 nəfər su ilə bağlı qəzalarda həlak olub.
Fövqəladə Halların İdarə Olunması Agentliyi ictimaiyyəti su təhlükələri ilə bağlı ayıq-sayıq olmağa çağırıb.