Ədliyyə Nazirliyində daha bir təyinat – Foto

Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə rəis təyin edilib.

QİA.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elçin Nəsibov təyinat alıb.

Qeyd edək ki, E.Nəsibov 2006-2017-ci illərdə Qanunvericilik Baş İdarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən hazırkı vəzifəyə təyin olunanadək isə Qanunvericilik Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Oxşar Xəbərlər