Blinken: “Dünya üzrə kompüterlərdə xətanın baş verməsi haker hücumunun nəticəsi deyil”

“Bu gün dünya üzrə informasiya texnologiyalarında baş verən nasazlıq, ABŞ hökumətində mövcud olan məlumata görə, haker hücumunun nəticəsi deyil”.

QİA.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Mənim başa düşdüyüm odur ki, bu, proqram təminatı yenilənməsində bir növ nasazlıq idi. Hazırda bildiyim qədər bu, hər hansı bir qərəzli hücum deyildi”, – ABŞ diplomatiyasının rəhbəri Aspen İnstitutunda illik Təhlükəsizlik Forumu zamanı bildirib.

Oxşar Xəbərlər