Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib

Basketbolun 3×3 növü üzrə Qadın Seriyasının Quba mərhələsinə start verilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi “Baku Fleyms” ilk oyunda Niderland komandası ilə üz-üzə gəlib. Görüş rəqibin 21:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisi növbəti matçını bu gün saat 18:10-da Çinin U-14 kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, Dünya Seriyasının Quba mərhələsinə iyulun 21-də yekun vurulacaq.

Oxşar Xəbərlər