Fransada fermerlərin traktorlarla üsyanı: Saxlanılanlar var

Fransanın La Roşel kommunasında etiraz aksiyası iğtişaşlara çevrilib.

Tədbir kənd təsərrüfatı üçün suvarma hövzələrinin tikintisi və torpaqların həddindən artıq istismarı probleminə həsr olunub.

QİA.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jareld Darmanin məlumat verib.

“La Roşeldə çoxlu sayda radikal ultra-solçu elementlər “nümayişlər” çərçivəsində əmlaka hücum edib və supermarketi dağıdıblar. Beş nəfər saxlanılıb Bunun ətraf mühitin mühafizəsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir”, – nazir “X” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

Aksiya dinc xarakterli olub, lakin aqressiv vətəndaşlar polis və jandarmlara şüşə və daş atmağa başlayandan sonra nümayiş toqquşmaya çevrilib.

Oxşar Xəbərlər