Dənizdə batan Nicatın toyu olacaqdı: Nişanlısı da bloqerdir

Bilgəh çimərliyində boğularaq ölən Nicat nişanlı imiş.

QİA.az Oxu.az– a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, mərhum Nicat Elman oğlu Alıxanlı Aytac adlı xanımla bu ilin aprel ayının 14-də nişanlanıb, oktyabr ayının 10-da toyları olacaqmış. Aytac xanım bloqerlik fəaliyyəti ilə məşğul olur. 

Qeyd edək ki, iyulun 21-də Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.

2003-cü il təvəllüdlü Nicat Elman oğlu Alıxanlı və dostu dənizdə boğularaq ölüblər.

Oxşar Xəbərlər