Türkiyənin “Fənərbağça” komandasının UEFA Çempionlar Liqası və Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul nəhəngi II raundda İsveçrənin “Luqano” klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Fransa təmsilçisi “Lill”lə qarşılaşacaq.
Joze Mourinyonun komandası “Luqano”ya uduzarsa, Avropa Liqasının III təsnifatında “Dinamo” (Kiyev, Ukrayna) – “Partizan” (Serbiya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları avqustun 13-də baş tutacaq. Avropa Liqasında bu raundun ilk görüşləri avqustun 8-də, cavab qarşılaşmaları isə avqustun 15-də keçiriləcək.