2024-cü ilin iyulun 21-i dünya tarixində ən isti gün kimi qeydə alınıb.
QİA.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Belə ki, iyulun 21-də qlobal səthin orta temperaturu 17.09 selsi səviyyəsinə çatıb.
Qeyd olunur ki, son bir həftə ərzində güclü istilər xüsusən ABŞ, Avropa və Rusiya ərazisində müşahidə olunub.