Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi “Orenburq”la anlaşıb. Bu barədə klubun idman direktoru Dmitri Andreyev məlumat verib. O, mövsümün sonunadək icarə əsasında Rusiya komandasında çıxış edəcək.
Qeyd edək ki, Kazımcan Karataş ötən mövsüm icarə əsasında “Ankaragücü” formasını geyinib.