Türkiyə hökuməti ildə bir milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.
QİA.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Elektrikli avtomobillərin illik istehsalını bir milyon ədədə çatdırmağı hədəfləyən beş milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq”, – Ərdoğan bildirib.
O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin BYD şirkəti ilə bir milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. BYD ilə müqavilə Türkiyədə ildə 150 min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.
“Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır”, – Ərdoğan qeyd edib.