Çinin Hunan əyalətində şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.
Qİ.az AZƏRTAC-a istinadla xəbər verir ki, təbii fəlakət səhər saatlarında Yuelin kəndində baş verib. Sürüşmə 18 nəfərin yaşadığı yaşayış binasının dağılması səbəb olub. Axtarış işlərinin gedişində 11 nəfərin meyiti tapılıb, 6 nəfər yaralı vəziyyətdə aşkarlanıb.
Hazırda axtarış işləri davam edir. Sürüşmə vaxtı binada dəqiq neçə nəfərin olduğu bilinmədiyi üçün ölü sayının çoxalma ehtimalı var.