Azərbaycan boksçusu Paris Olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 92 kiloqramda çıxış edən idmançı 1/8 finalda kubalı Xulio Sezar la Krusla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançı 1/4 finala yüksəlib. A.Dominqes bu raundda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.

Oxşar Xəbərlər