“Formula 1” üzrə Belçika Qran-prisinin qalibi bəlli olub.
QİA.az-ın TASS-a istinadən verdiyi məlumata görə, “Mersedes”in pilotu Corc Rassel finiş xəttinə hamıdan birinci çatıb.
Onun komanda yoldaşı Luis Hemilton ikinci, “McLaren”dən Oskar Piastri üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda gerçəkləşəcək.