Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, qadınların fərdi yarışında çıxış edən idmançı ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada ukraynalı Olqa Xarlanı sınağa çəkib. O, bu raundda rəqibinə 6:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

