Azərbaycan “Google” ilə əməkdaşlıq istiqamətlərini nəzərdən keçirir

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olqa Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zuniklə videokonfrans formatında görüşüb.

QİA.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.

Tərəflər COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Oxşar Xəbərlər