“Böyük təşəkkürlər. Fransanı parlamağa sövq etdiyiniz üçün çox qürur duyuruq”. Parisdə XXXIII Yay Olimpiya Oyunlarının başlaması münasibətilə bu sitatı dilə gətirən Fransa Prezidenti Emmanuel Makron yalan demir. O, tamamilə səmimidir. Açılış mərasimi bir çox cəhətdən onun, Fransasının güzgüsü oldu”.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.
Qeyd olunur ki, səhv asılmış Olimpiya bayrağı, nəqliyyat xaosu, geniş yayılmış oğurluq, üfunət, siçovullar və antisanitar şərait Makronun parlaq Fransasının əsl simasıdır.
“Bir vaxtlar dünyaya Volter, Didro, Russo və Monteskyö bəxş edən Makronun idarə etdiyi ölkənin deqradasiya prosesi finişə çatıb. Beşinci Respublika heç vaxt bu qədər məhvə məhkum görünməmişdi”, – videomaterialda qeyd edilir.