“Tottenhem” transfer üçün “Yuventus”un futbolçusu və İtaliya millisinin hücumçusu Federiko Kyeza ilə əlaqə saxlayıb.
QİA.az championat.com-a istinadən xəbər verir ki, London klubu bu transfer dönəmində futbolçunun keçidində maraqlıdır.
Bildirilir ki, “Tottenhem” və futbolçunun agenti arasında artıq danışıqlar başlayıb, lakin hələlik konkret razılaşma yoxdur.
Qeyd edək ki, ötən mövsüm hücumçu bütün turnirlərdə 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Ümumilikdə Kyeza meydanda 2512 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Kyezanın bazar dəyəri 35 milyon avrodur.