LeBron Ceyms basketbol əfsanəsini üstələdi

“Los Anceles Leykers”in lideri LeBron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) karyerası ərzində əfsanəvi Maykl Cordandan daha çox xal toplayıb.

QİA.az championat.com-a istinadən xəbər verir ki, bu günə qədər LeBron NBA-nın adi mövsümündə 40,474 xal toplayıb. Cordanda isə bu rəqəm 32,292-dir.

Qeyd edək ki, Ceyms hazırda ABŞ millisinin heyətində Parisdə keçirilən Olimpiya Oyunlarında mübarizə aparır.

Oxşar Xəbərlər