Tramp Fransa Olimpiadasının açılış mərasimini biabırçılıq adlandırıb 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Parisdə Olimpiadanın açılış mərasimini biabırçılıq adlandırıb.

QİA.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində mərasimi şərh edib.

“Mən çox geniş düşüncəli bir insanam, amma onların etdikləri biabırçılıq idi”, – deyə Tramp bildirib. 

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

Oxşar Xəbərlər