Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak edib – FOTO

Gürcüstan Ədliyyə Nazirliyinin Cinayətkarlığın qarşısının alınması, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası və probasiya üzrə Milli Agentliyinin təsis edilməsinin yubileyi münasibətilə Tbilisi şəhərində “Cinayətkarlığın qarşısının alınmasında kompleks yanaşma” adlı beynəlxalq konfrans keçirilib.

Ölkəmizi həmin tədbirdə ədliyyə nazirinin müşaviri Elvin Hətəmzadə, Probasiya xidmətinin rəisi Vüqar Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ləman Babayeva, Azərbaycan nümayəndə heyətinin tərkibində ədliyyə nazirinin müşaviri Elvin Hətəmzadə, Probasiya xidmətinin rəisi Vüqar Ağayev təmsil edib.

QİA.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd cinayətlərin qarşısının alınması, probasiya sahəsində qurumlararası əməkdaşlığı gücləndirmək, bu sahədə mütəxəssislərin peşəkar inkişafına, sosial reabilitasiyasına kömək etmək, mövcud xidmətlər və resurslar haqqında məlumat mübadiləsini asanlaşdırmaq, probasiya nəzarətində olan şəxslərin sosial mühitə adaptasiyası istiqamətində fəaliyyətin artırılmasıdır.

Qeyd edək ki, konfransda Avropa Probasiya Konfederasiyasının (CEP), Gürcüstan, Niderland, Rumıniya, Xorvatiya, Çexiyadan bir sıra dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşları, eləcə də parlament və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Oxşar Xəbərlər